BDU-nun yataqxana problemi HƏLL EDİLİR

“Tələbə yataqxanaları ilə bağlı parlamentdə müzakirələr gedir. Qərar qəbul olunduqdan sonra dövlət-özəl tərəfdaşlığının bizim qarşımızda açacağı perspektivlərdən istifadə edərək yataqxana məsələsini yüksək səviyyədə həll edəcəyimizi düşünürük”.

 

Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.

 

“Yataqxananın 2500-3000 nəfərlik olacağı gözlənilir. Bildiyiniz kimi, universitetin tələbə yükü çoxdur və əksəriyyəti regionlardan gəlmiş tələbələrdir”, - rektor qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv