Belçikada tökülən yarpaqlardan bezən şəxs ağacı GÜLLƏLƏYİB

Qonşunun ağacından tökülən yarpaqlar Belçikanın Lyej şəhər sakinini təngə gətirib. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, 84 yaşlı kişi hər gün xəzəl toplamaqdan bezdiyi üçün ağacı atəşə tutub. Lakin o bir-neçə güllə atdıqdan sonra polis hadisə yerinə gəlib.

 

Nəticədə kişidən sənədsiz tüfəng müsadirə olunub, özü isə bir neçə sutkalıq həbs edilib. Saxlanılan şəxs azadlığa çıxdıqdan sonra hadisə barədə polisə məlumat verəni cəzalandıracağını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv