Bələdiyyə seçkilərində bu partiyalar iştirak edəcək - MSK SİYAHINI AÇIQLADI

 

“Bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib”.

APA TV-nin məluumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib. Bildirilib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır:

Ölkəmizdə bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı müraciət edən siyasi partiyaların adları açıqlanıb.

Bildirilib ki, bu günə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət edib. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası və Böyük Quruluş Partiyasıdır.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də baş tutacaq bələdiyyə seçkilərində Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv