Bələdiyyə yarım milyon istəyir, şirkət vermir - GÖZ DAĞINA ÇEVRİLƏN MƏKAN

Yenə Azadlıq metrostansiyanın üstündəki park, və yenə də vətəndaşların şikayətçi olduqları  parkın pilləkənləri…

Sentyabr ayında parkın çökməsi ilə bağlı çəkiliş apardığımız zaman, özünün bələdiyyənin işçiləri kimi qələmə verən 3 fəhlə bizə bildirmişdi ki, park noyabr ayında hazır olacaq. Biz də parkın təmir-bərpa olduğunu düşünüb, yollandıq abadlaşmış, gözəl parkı çəkməyə. Lakin qarşılaşdığımız mənzərə bizi məyus etdi.

Gördüyünüz bu parkda sentyabr ayında çəkiliş apardığımız zaman,  bizə fəhlələr söz vermişdi ki,  parkın bu hissəsi bərpa olunacaq. Lakin parkın pilləkənlər olan hissəsi düzəlməyib. Əksinə bu hissədə qazıntı işləri aparılıb,  və park tamamilə yararsız vəziyyətə düşüb.

Park Azadlıq metrostansiyanın üstündə yerləşdiyi üçün, gün ərzində on minlərlə vətəndaş bu ərazidən istifadə etməli olur. Maraqlısı isə  budur ki, aylar üçün təmir işlərinə görə parka gətirilən materiallar, hələ də parkdadır. Sakinlər isə hər gün uçub, dağılmış bu parkdan keçərək metroya getməli olur.

Məsələni araşdırmaq üçün, Binəqədi rayon bələdiyyəsinə yollandıq. Bələdiyyə sədri Mürsəl Eminovun sözlərinə görə, park illər öncə normal vəziyyətdə olub, lakin “Şərur” MTK tərəfindən tikilən binalar səbəbindən, park yarasız vəziyyətə düşüb. Aylar öncə isə “Şərur” MTK ilə danışıqlar aparılaraq, parkın təmirinin şirkət tərəfindən həyata keçirilməsi razılaşdırılıb: ”Razılaşma olmuşdu ki, inşaat şirkəti dağılan parkı  təmir edərək, sakinlərin istifadəsinə versin. Birdə ki, qanunla orada tikinti işləri aparılırsa, onun abadlıq hissəsi də olmalıdır, elə deyilmi? O parkda müəyyən iş görülüb. Biz nəzarət edirdik. Sonradan təmir işləri dayandırıldı”.

Mürsəl Eminovun sözlərinə görə, parkın təmir işləri dayandırıldığına üçün, onlar da öz növbəsində, parka aid sənədləri və sakinlər tərəfindən edilən şikayətləri məhkəməyə təqdim edərək, “Şərur” MTK tətəfindən parkın təmir-bərpa olunmasını tələb edəcəklər: ”Ya inşaat şirkəti bu parkı təmir-bərpa edib, vətəndaşlara təhvil verəcək, ya da parka dəyən ziyanın kvadrat metrədən hesablasaq, bir kvadrat 10 manatdan, yarım milyon pul edir, onu bələdiyyəyə ödəsinlər. Bələdiyyə də tender elan edərək, təmir şirkətərinə versin, onlarda tikib, xalqın istifadəsinə versin”.

Problemlə bağlı adı çekilən “Şərur” MTK-ya müraciət etdik. Şirkətin rəhbəri İsfəndiyar Axundovun sözlərinə görə, şirkətin tiktiyi bina ilə parkın dağılmış hissəsi arasında heç bir əlaqə yoxdur: ”Bəzi rayonların icra başçıları yapışıb, yaxamızdan zəli kimi, bunları eləməlisən. Parka 100.000 manat xərc çəkmişəm. Deyirlər hamısın sən eləməlisən, yoxsa məhkəməyə verib, tutduracağıq. Məni təhdid edirlər polislə, prokurorla. Mənim axı öz işlərim var. Park dövlətindir, dövlət də pul ayırmalıdır. İstəsəz gedib yerində baxa bilərik. 10 ildən çoxdur qurulan parkdır. Hər şeyin bir vaxtı var, parkda təmir olunmalıdır”.

İsfəndiyar Axundovla sözügedən parka yollanırıq. Onun sözlərinə görə, park onun xüsusi mülkiyyəti deyil. Əgər xüsusi mülkiyyət olsaydı, burada hər hansı bir iaişə obyekti tikə bilərdi: ”100.000 manat pul ödəmişəm materillara, bu yerləri mənə təmir elətdiriblər. Halbuki mənə aidiyyatı yoxdur. Gəlin Allahla danışaq, buranın o tikintiyə aidiyyatı varmı? 200 metr məsafə var. Bax budur bunları insafı, məsələyə baxışı”.

İş adamının ittiham etdiyi Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, deyilən ittihamlar əsassızdır. İndiyə qədər isə heç bir iş adamına zorla hansısa işin görülməsi bağlı heç bir şey deyilməyib. Belə görnür bu başı bəlalı parkın təmiri, daha bir neçə ay da çəkəcək. Sonda kimin haqlı, kimin haqsız olacağın məhkəmədə qərar verəcək.

Semral Cavad
Ceyhun Mustafayev
APA TV


 

Müəllif | Apa.Tv
Apa.tv