Bərdə sakini həmkəndlisini görün nə üstə güllələdi

Bərdədə 58 yaşlı kişi həmkəndlisi tərəfindən güllələnib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kələntərli kəndində baş verib. Kənd sakini 1964 – cü il təvəllüdlü Şükürov Adil Niyaz oğlu özünə məxsus əkin sahəsini suvaran zaman həmkəndlisi 1963-cü il təvəllüdlü Lətifov Nayliman Lətif oğlu ilə aralarında mübahisə yaranıb.

 

Mübahisə zamanı Nayliman Lətifov evlərinə gedərək ov tüfəngin gətirib Adil Şükürova bir neçə dəfə atəş açaraq qolundan yaralayıb.

 

Fakta bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv