Bərdə və Beyləqanda şəhidlərimizin xatirəsi yad edildi

Şəhidlərin anım günü Birinci Qarabağ və Vətən müharibəsi zamanı 33 şəhid verən Beyləqanın Dünyamalılar kəndində də qeyd olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, səkkiz min nəfər əhalisi olan kənddə öncə vətən uğrunda canından keçən şəhidlərin məzarları ziyarət edib. Daha sonra yürüş təşkil olunub. Mərasim iştirakçıları 33 qəhrəman şəhidin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

 

Bərdədə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.

 

Bərdə rayon ictimaiyyətinin nümayəndələri şəhidlərimizin ailə üzvləri ilə birlikdə ölkəmizin azadlığı və suverenliyi uğrunda şücaət göstərmiş mərd Vətən oğullarının məzarlarının ziyarət ediblər. Şəhidlərimizin məzarlarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Bərdə terrorun yaşandığı ərazidə şəhidlərin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb.

 

 

Anım günündə Ağdamda da şəhidlərin xatirəsi anılıb.

 

Şəhidlər Xiyabanına yürüş təşkil olunub, həmçinin şəhidlərin xatirəsi üçün Ağdam ərazisində həmişə yaşıl ağac tingləri əkilib.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv