Bərdədə 100 tonluq pambığın olduğu talvarda yanğın baş verdi
Bərdə rayonunun Uğurbəyli kəndində ümumi sahəsi 1600 m² olan talvarın altına yığılan 100 ton pambığın 1,5 tonu yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yüksək temperaturdan talvarın taxta atmaları 200 m² sahədə qarsalanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Talvarın və pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Emin Babayev, APA TV