Bərdədə 8 yaşlı qardaş 7 yaşlı bacısını öldürdü
Bərdədə 7 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
APA TV-nin xəbərinə görə, hadisə rayonun Qarabağ qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2012-ci il təvəllüdlü Uğur Asif oğlu Tağızadə atasına məxsus “VAZ-2107” markalı 09 BP 479 dövlət nömrəli avtomobili işə salan zaman 2013-cü il təvəllüdlü bacısı Dənizi vurub. Nəticədə avtomobillə evin divarı arasında qalan azyaşlı hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.