Bərdədə ağır qəza: polis əməkdaşı öldü, sürücü və sərnişin yaralandı
Bərdədə polis əməkdaşının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, Bərdə şəhər sakinləri İsa Mustafayevin idarə etdiyi “Nissan”, Firdovsi Əliyevə məxsus “KİA” və Gəncə şəhər sakini Toğrul Əliyevin idarə etdiyi “Opel” toqquşub.
Nəticədə “OPEL” də olan sərnişin, Tərtər rayon polis şöbəsinin əməkdaşı, 37 yaşlı Elgün Məmmədov ölüb, sürücülərdən biri Toğrul Əliyev və Firdovsi Əliyevin idarə etdiyi “KİA” markalı avtomobildə olan sərnişini, 29 yaşlı Asif Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.