15:15 8 iyun 2023 228
Ana səhifə Xəbərlər

Bərdədə canavarlar kəndə hücum etdi

 

Hadisə rayonun Çələbilər kəndində qeydə alınıb. Kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata hücum edən canavarlar heyvanları tələf edib. Yırtıcılar 24 baş qoyunu tələf edib, 20 baş qoyunu yaralayıb. Təsərrüfat sahibi 15 baş qoyunun yoxa çıxdığını deyir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bərdə rayon şöbəsinin baytar həkimləri hadisə yerinə baxış keçirib, yaralı heyvanlara antibiotik iynələr vurduqdan sonra xəstə heyvanları nəzarətə götürüb, ərazi dezinfeksiya olunub. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın