Bərdədə dəhşət: 25 yaşlı oğlan yandırıldı
Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Əliəhəd Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Ə. Eyvazova ilkin yardım göstərilib, ailəsi onu müalicəsini davam etdirmək üçün Bakı şəhərinə aparıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.