14:59 30 noyabr 2022 313
Ana səhifə Xəbərlər

Bərdədə evdə baş verən yanğın bir ailəni evsiz qoydu

Bərdə rayonunda ev yanıb.

 

Hadisə​ rayonun Cəyirli kəndində qeydə alınıb. Ağdam rayon sakini Kərimov Dağlar Əjdər oğluna məxsus fərdi ev yanıb. Hadisə zamanı evin bütün əşyaları yaranaraq külə dönüb.  

 

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Bərdə Dövlət Yanğından Mühafizə Hissəsinin​ yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alov yanğın söndürənlər tərəfindən söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb.

 

Hadisə zamanı ailə üzvləri həyətdə olduğunu, yanğının elektrik naqillərində yaranan qısa qapanmadan baş verdiyini iddia edir.

Maddi imkanı aşağı olan ailə müvəqqəti olaraq qohum evinə sığınıb. Evini bərpa etdirməkdə çətinlik çəkən ailə mənzilin bərpası üçün dövlət orqanlarından kömək istəyir.

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın