Bərdədə minik avtomobili suya düşüb - 1 ÖLÜ, 4 YARALI
Bərdədə minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
APA Tv xəbər verir ki, hadisə rayonunun Lənbəran kəndi ərazisində baş verib. Sürücü 27 yaşlı Xuduzadə Ceyhun İlham oğlu “HYUNDAİ” markalı minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib.
Yoldan çıxaraq aşan maşın su kanalına düşüb. Nəticədə sürücü Ceyhun Xuduzadə və avtomobildə olan sərnişinlər, Gəncə şəhər Gülüstan qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı, 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı və 1991-ci il təvəllüdlü Mirzəyeva Səxavət Yaqub oğludur və 1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin bütün səyinə baxmayaraq Həsənova Sədagül Qəşəm qızının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.