Bərdədə minik maşını “KamAZ”a çırpıldı - 1 ÖLÜ, 3 YARALI

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi, ot daşıyan “KamAZ” markalı yük maşınına vurub.

 

Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, onun oğlu, 2008-ci il təvəllüdlü Elçin Qardaşxanov, sürücü və daha 1 sərnişin isə yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv