Bərdədə qəza: Qarşısına 2 at çıxdı, yayına bilmədi
Bərdədə avtomobil atı vurub.
Hadisə Hindar Borsunlu yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.
Ağdam rayon sakini Qafarov Əli Əhəd oğlunun idarə etdiyi maşın “Mercedes” markalı avtomobillə hərəkətdə olduğu zaman qarşısına çıxan iki atdan birini vurub.
Nəticədə at ölüb, avtomobilə ciddi ziyan dəyib.