Bərdədə ticarət obyektləri yanıb

Bərdədə ticarət obyektlərində yanğın baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Üzeyir Hacıbəyli küçəsindəki ticarət obyektlərində qeydə alınıb.

 

Yanğın zamanı iki sahibkara məxsus 2 mağaza və 1 gözəllik salonu yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

 

Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alaraq digər mağazaları yanğından qoruyublar.

 

Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv