Bərdədə tüfəngləri yığdılar

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı 7 ədəd tüfəng aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv