Bərdədə yolu keçən azyaşlıları maşın vurub

Bərdədə 3 az yaşlını maşın vurub. APA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri 7 yaşlı Vəli Füzuli oğlu Səfərov,

14 yaşlı Leyla Füzuli qızı Səfərova və 6 yaşlı Ümüd Şakir oğlu Məmmədov yolu

keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Diaqnostika mərkəzinə

çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv