Bərdədə yük maşını yanıb

Bərdədə ot daşıyan yük maşını aşaraq yanıb.

APA Tv xəbər verir ki, hadisə rayonun Mehdili kəndi ərazisində baş verib. Ağcabədi rayon sakini  Rauf Baxışovun idarə etdiyi "42 BC 782" dövlət nömrə nişanlı yük avtomobili idarəetməni itirirərək aşıb. Nəticədə baş verən yanğın nəticəsində maşında və qoşquda olan ot kipləri tamamilə yanıb.  Hadisə yerinə FHN-nin yanğınsöndürmə bölməsi cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv