19:24 24 yanvar 2023 136
Ana səhifə Xəbərlər

Bərdədən Göyçaya gələn tanışlar görün niyə saxlanıldı

Göyçayda qanunsuz odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib, silahlı narkokuryerlər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Bərdə rayon sakinləri - Elvin Qaraşov və Rahib Babayev saxlanılıb. Rahib Babayevin üzərində olan sellofan torbaya baxış keçirilərkən 2 kiloqram 165 qram qurudulmuş marixuana, 1 kiloqrama yaxın tiryək, 325 qram heroin, 97 qram metamfetamin, 1000 ədəd psixotrop tərkibli həblər, eləcə də “Baredda” markalı tapança, həmin silaha məxsus sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitələri və odlu silahı “Instagram” sosial şəbəkəsində tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından onlayn yolla aldıqları məlum olub.

 

Elvin Qaraşova məxsus “Mercedes” markalı avtomobillə Bərdədən Göyçaya gələn tanışlar əvvəlcədən deyilən ərazidən narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın