Beş avtomobil toqquşdu, bir nəfər yaralandı - UCARDA
Ucarda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral YOLUNUN rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Yevlax rayon sakini, 1986-cı təvəllüdlü Xəyal Əliyevin idarə etdiyi "TIR" markalı yük maşını idarəetmədən çıxaraq arakəsməni keçib və yolun əks istiqamətinə çıxıb. Nəticədə hərəkətdə olan iki "VAZ-2107", biri "Hyundai", bir "BMW" markalı minik maşını ilə toqquşub.
Qəza nəticəsində sürücü Xəyal Əliyev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov,
Devran Əsgərov,
APA TV