Beş kəndi birləşdirən yolda yaşanan cəhənnəm əzabı

Sabirabadın Cavad-Əlicanlı-Türkədi-Yolçubəyli-Narlıq kəndlərini birləşdirən 8 kilometrlik yolu bicə dəfə gedib-qayıtmaq min bir əzab-əziyyət bahasına başa gəlir. Yerli sakinlər isə hər gün bu yolla iş dalınca getməli olur. Sağlam adamın güclə getdiyi bu yolla onlar elə gün olur xəstələrini aparmalı olurlar, elə gün olur yük daşıyırlar. Avtomobilləri tez-tez sıradan çıxır, bir hadisə baş verəndə səslərinə səs verən, haraya gələn ya olmur, ya da vaxtında çatmır. Sakinlər deyir ki, yol istismara veriləndən bir müddət sonra sıradan çıxaraq yarasız hala düşüb. Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil YollarI Dövlət Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Aldığımız cavabdan belə aydın olur ki, sakinlər hələ bir müddət də bu yolda canları ilə əlləşəcəklər. Çünki, bizim məsələni ictimailəşdirməkdən başqa bir səlahiyyətimiz, sakinlərin isə problemin yaxın gələcəkdə öz həllini tapacağına inanmaqdan başqa bir çarəsi yoxdur. Əlibəy Zeynallı Elçin Həsənov

Müəllif | Apa.Tv
Apa.tv