Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib. 

 

Bu barədə APA TV-yə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib. 

 

Qeyd edək ki, Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır.

 

Nailə Mirməmmədli 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində, 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.

 

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi. İki oğlu, bir qızı var.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv