Betonqarışdıran maşın aşdı: 3 ölü - SUMQAYITDA
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, qəza "Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb.
"Shacman" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb. Nəticədə yük maşını aşıb, sürücü 1989-cu il təvəllüdlü Nəsibov Eldar Qəzənfər oğlu və onun sərnişini 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.