Beyləqanda hərbçinin idarə etdiyi maşın kanala düşdü
Beyləqanda avtomobil kanala aşıb.
Beyləqanın Birinci Şahsevən kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevin idarə etdiyi “Khazar” markalı minik avtomobili körpüdən aşaraq kanala düşüb.
Sahil Ağayevin hərbçi olduğu, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc - xilasediciləri ərazidə axtarış-xilasetmə tədbirləri görürlər.
Avtomobil FHN-in əraziyə cəlb olunan dalğıc-xilasediciləri tərəfindən müəyyən olunaraq sudan çıxarılıb. Amma sürücünün maşında olmadığı bildirilir.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV