Beyləqanda kanala düşən hərbçi belə axtarılır
Ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəbərə görə, axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.