Beyləqandakı pambıq tarlasında nə baş verib? - Alaq əleyhinə dərman, buxarlanma... - APA TV

Beyləqanda pambıq tarlasında çalışanlar arasında kütləvi zəhərlənmə olub.

 

APA TV-nin verdiyi məlumata görə, hadisə rayonunun Milabad qəsəbəsində baş verib.

 

15 pambıqçı zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zəhərlənənlərin hamısının Beyləqan rayonunun yuxarı Aran Kənd sakinləridir.

 

Xəstəxanada bütün zəhərlənənlərə tibbi yardım göstərilib.

 

Baş vermiş kütləvi zəhərlənmənin bəzi təfərrüatları məlum olub. Lent.az-ın verdiyi məlumata görə, tarlaya alaq əleyhinə kustar üsulla dərman səpən pambıqçılar, təlimata əsasən bir neçə gün gözlədikdən sonra işə davam etməli olublar. Amma əksinə, dərman səpəndən bir neçə saat sonra tarlaya giriblər və dərmanın buxarlanması nəticəsində zəhərləniblər. Onların bir neçəsi bu gün səhər evə buraxılıb. Bir hissəsi isə hələ də xəstəxanadadır.

 

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Beyləqan

Müəllif | Apa.Tv
Apa.tv