Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın vəsatətini ləğv edib
Ermənistanın 2 əsas müraciətini Beynəlxalq Ədalət Məhkəməsinə ləğv edib.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına dair keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, bunlardan biri 12 dekabr tarixində Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı olub.