Beynəlxalq koalisiya üzvləri Ermənistanı Xocalı soyqırımını etiraf etməyə çağırıb

Bu gün Azərbaycanda səfərdə olan avropalı hüquq müdafiəçilərindən ibarət “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə “Keçid ədaləti və dayanıqlı sülh” mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbirdə çıxış edən Beynəlxalq Koalisiyanın üzvləri dünən Xocalı-Ağdam yolundakı “Ölüm dəhlizi”nə təşkil olunan yürüş barədə öz təəssüratlarını bölüşüblər.

 

Tədbirdə çıxış edən ATƏT-in Dözümsüzlük və Diskriminasiya ilə Mübarizə üzrə keçmiş xüsusi nümayəndəsi professor Bülent Şenay deyib ki, post-konflikt reallıqları kontekstində Ermənistan sülhdə maraqlıdırsa, Xocalı cinayəti, ləkəsi ilə hesablaşmalıdır.

 

Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin direktoru Giorgi Tatar isə beynəlxalq koalisiyanın bölgədə dayanıqlı sülh üçün Azərbaycan və Ermənistan hökumətlərinə ünvanlanmış müraciətini səsləndirib.

 

Müraciətdə bildirilir ki, 2020-ci il müharibəsindən sonra sülh üçün yeni imkanlar yarandığı bir dövrdə beynəlxalq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək, cəzasızlıq və susqunluğa son vermək, Xocalı barədə ədalətə nail olmaq zamanıdır, Ermənistan hökuməti Xocalı cinayətini tanımalıdır. “Ölkənin keçmiş korrupsioner hökuməti tərəfindən törədilmiş bu cinayətin ağır yükündən cəsarət göstərərək və etiraf edərək azad olmaq lazımdır. Dəhşət və vəhşilik simvolunun qurbanlarından üzr istəmək tələb olunur”.

 

Sənəddə dialoq üçün münbit şəraitin yaradılması haqqında müraciət də öz əksini tapıb.

 

Azərbaycan Respublikası Xarici işlər nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov ədalətin müasir dünyada sülhə xidmət edən vacib amil olduğunu qeyd edib

Son da Azərbaycan Respublikası Xarici işlər nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri  Elşad İskəndərov ədalət uğrunda fəaliyyət göstərdiklərinə görə  üzvlərinə təşəkkürünü bildirib.

Müəllif | Apa.Tv
Apa.tv