Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarına hədiyyələr verilib

Göyçayda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şahid anaları, bacıları və onların həyat yoldaşları ilə görüş keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Azərbaycan Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Göyçay rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon rəhbərliyi, birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhid olan gənclərin valideynləri, övladları çıxış edib. Tədbirdə Vətən uğrunda canını qurban verən şəhidlərin ailə üzvləri olan xanımların hər biri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib və onlara hədiyyələr verilib.

 

Sonda şagirdlər Vətənə, şəhidlərə, Qarabağa aid şeirlər səsləndiriblər.

 

Şahnəzər Bəşirov APA TV

Müəllif | Apa.Tv
Apa.tv