Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü niyə səlibçi kimi aparır?
İşğaldan azad olunmuş ərazilərdə hələ də toplu məzarlıqlar tapılmaqdadır. Ekspertlər bildirirlər ki, həmin məzarlıqlar Birinci Qarabağ müharibəsi ərəfəsində, əsir, girov götürülmüş və ya itkin düşən şəxslərə aiddir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, ən son 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İki şəxsin cənazəsinin qalıqları artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir. Maraqlıdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi də dəfələrlə rəsmi Bakının tələbi olsa da, hələ də itkin düşmüş şəxslər barəsində rəsmi açıqlama verilməyib. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev itkin düşmüş Azərbaycan vətəndaşları barədə ABŞ dövlət katibi Blinkenlə telefon danışıqları zamanı, Aİ Şurasının prezidenti Şarl Mişellə görüşlərdə də geniş müzakirirələr aparıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu məsələ ilə bağlı susqunluğu barədə açıqlama verən deputat Mahir Abbaszadə bildirib ki, bu təşkilat humanitar addımlar atarkən tərəfsizlik nümayiş etdirməlidir, amma biz bunu təəssüf ki, görmürük. O əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi itkin düşmüş azərbaycanlıları görməzdən gəlir. Bununla yanaşı, Qarabağdakı ermənilərin humanitar vəziyyəti ilə bağlı təşkilatın Xankəndidəki ofisi İrəvandakı ofisdən deyil, Bakıdakı ofisdən idarə olunmalıdır.
MAHİR ABBASZADƏ – DEPUTAT
“Belə çıxır ki, bu təşkilat məhz elə emblemlərində olan dini işarələr nöqteyi nəzərindən addım atmağa başlayıblar. Yəni əslində komitənin mövqeyində hansı dinə, hansı dilə, hansı etiqada malik olması ilə bağlı birtrəfli mövqe tutulmalı deyi. Çünki, belə yardım təşkilatları əslində dünya sülhün qorunması, insanların inteqrasiyası, münaqişələrin həlli ilə bağlı ciddi addımlar atmalıdırlar, tərəfsizlik nümayiş etdirməlidirlər. Amma çox təəssüflər olsun ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi itkin düşmüş azərbaycanlılarla bağlı birtərəfli mövqe nümayiş etdirir, sanki, hadisələri görməzdən gəlir. ”
Deputat onu da əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi humanizm prinsipləri ilə pərdələnərək səlibçilik missiyası həyata keçirir.
Siyasi şərhçi Tural İsmayılov bildirib ki, adı humanitar təşkilat olsa da, Beynəlxalq Qırmızı Xaç Komitəsinin öz fəaliyyət istiqamətinə uyğun şəkildə davranmır. O əlavə edib ki, təşkilatın Ermənistandan dörd min itkin düşmüş azərbaycanlılarla bağlı hər hansı tələbinin olmaması onun ikiüzlülüyünün isbatıdır.
TURAL İSMAYILOV – SİYASİ ŞƏRHÇİ
“Uzun müddət BQXK-nin beynəxlalq məsələləri həll edə bilməməsi, Azərbaycanla, Ermənistan arasında əsir mübadiləsi və digər məsələlərdə cəmiyyəti razı salan atılmaması və həmçinin Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlının taleyi ilə bağlı təşkilatın öz missiyasına uyğun olaraq Ermənistana şərtlər tələb etməməsi bu təşkilatın ikiüzlülüyünü növbəti dəfə ortaya qoyur. Digər tərəfdən Komitə əlindəki təsir imkanlarından istifadə etməyə bacarmır. Hesab edirm ki, BQXK-nin Ermənistandan Qarabağa hansı yüklərin daşınmasında iştirak etməsinə ehtiyac var. ”
Siyasi şərhçi vurğulayıb ki, Qarabağ erməniləri ilə bağlı humanitar məsələdə BQXK-nin Azərbaycan ofisi fəallığını artırmalıdır. Qeyd edək ki, verilən rəsmi rəqəmlərə görə, humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 əsiri qarşı tərəfə qaytarıb.
Fuad Sadıqov APA TV