Bəzi saytlar niyə qeydiyyata alınmır? İmtinaların səbəbi – APA TV
2022-ci ilin oktyabr ayından etibarən ölkədə media haqqında yeni qanuvericiliyə əsasən, media reyestrinin tətbiq olunmasına başlanıldı. Bu günə kimi də 167 media subyekti redaksiyası və 163 jurnalist reyestrə daxil edilib.Hazırda kifayət qədər də müraciət edənlər var. Prosesin 6 ay müddətində tamamlanması nəzərdə tutulub. Burada diqqətçəkən məqam isə reyestrda qeydiyyatdan keçmək üçün müraciət edən, lakin imtina alan media subyektləridir. Ümumiyyətlə, maraqlıdır, imtina hansı hallarda baş verir və niyə? Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova bildirdi ki, media haqqında Azərbaycan Respublikası qanunun 75.1-ci maddəsində, media reyestrinin aparılması qaydalarının isə 6.17-ci bəndində reyestrə daxil edilmiş media subyektlərinin hansı hallarda reyestrdən çıxarılacağı qeyd edilir. Bu hallar içərisində media subyektinin ərizəsinin olması, hüquqi şəxs olan media subyektinin ləğv edilməsi, məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verilməsi mövcuddur. Bununla yanaşı... Ölkədə media reyestrinin tətbiqinin media mühitinin şəffaflaşdırılmasına hesablanan amil olduğu bildirilir. Yəni həm peşəkar KİV subyektlərinin, həm də jurnalistlərin hüquq və vəzifələrinin tanınması, onların fəaliyyət sferasının yaxşılaşdırılması üçün mühüm mexanizm olaraq tətbiq edilir. Məsələnin başqa tərəfi isə media reyestrinin tətbiqinin bəzi media subyektləri tərəfindən birmənalı qarşılanmamasıdır. Yəni narazı olan tərəflər var. Mətbuat Şurasının idarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyir ki, narazı təbəqənin məqsədi media reyestri haqqında məlumatların yanlış təqdim olunması və mahiyyətinin gözdən salınmasına hesablanıb. Müşfiq Ələsgərli onu da qeyd etdi ki, media reyestrinin tətbiq olunması prosesi başa çatandan sonra ölkədə peşəkar KİV-lərin yeri bilinəcək, iş prinsipi daha da püxtələşəcək