13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Bəzi şənlik mərasimlərinin təşkil edildiyi obyektlərdə qaydalar pozulub

Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərə nəzarət tədbirləri davam etdirilir.

 

APA TV-nin xəbərinə görə, ötən gün keçirilən monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu əsasən tədbirə gələn qonaqların say məhdudiyyətin pozulması, qonaqların üzərində COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərin olmaması ilə bağlıdır. Bir sıra hallarda isə şənlik mərasimlərinin icaze.e-gov.az portalına müvafiq məlumatların düzgün daxil edilməməsi halları da qeydə alınıb.

 

Monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın