Bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

 

Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

 

 

Yanvarın 27-si gündüzdən 28-i səhədərək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu 2-6° isti olacaq.

Azərbaycanın rayonlarında isə yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.

 

Müəllif | Apa.Tv
Apa.tv