“Bibiheybət yolu” vətəndaşların istifadəsinə verildi

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan hissəsi açılıb. Onu da qeyd edim ki, bu yol dünən gecə saatlarından istifadəyə verilib. Hazırda şəhərə giriş-çıxış tamamilə bərpa olunub.

 

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.

 

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yol dünən gecədən istifadəyə verilib: “İstinad divarının inşasından sonra yolda bərpa işlərinə başlanıldı. Yol-yataq inşa olundu. Yararsız qrunt qazılıb çıxarıldı. Yol əsasının inşası aparıldı və ardınca üç lay olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri görüldü ki,  bu işlər də dünən axşam saatlarında yekunlaşdırılıb. Üfüqi nişanlanma xətləri çəkilməklə gecə saatlarında yolda hərəkət tam olaraq bərpa olunub”.

                                   

Qeyd edək ki, 2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi nəticəsində sözügedən yolun 250-300 metrlik məsafədə asfalt qatı dağılmışdı.

 

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv