Bibisinin evindən oğurluq edən keçmiş məhkum yaxalandı - TOVUZDA

Tovuzda bibisinin evindən oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Xatınlı kənd sakini evindən qızıl-zinət əşyalarının və nağd pulunun oğurlandığını bildirib.

Həmin ünvana gedən polis əməkdaşları araşdırma zamanı müəyyən ediblər ki, vətəndaşın  evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə istintaqa təhvil verilib.

Qeyd edək ki, Əli Rüstəmovun oğurluq etdiyi ev onun bibisinə məxsusdur. 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv