Bilal Ərdoğan: “Bakıda izlədiyim yarış Anadoluda unudulub”

"Bakıda olmağımızın səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə keçirilən Prezident Kubokudur. Bu yarış 7-ci dəfədir təşkil olunur".

 

APA TV-nin məlumatına görə, bunu Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib.

 

O, ölkəmizə Azərbaycan Atçılıq Federasiyasının dəvəti ilə gəlib: "Oktyabrda keçirilən görüşdə Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarını nümayiş etdirdik. Federasiyanızın rəsmiləri həmin vaxt məni bu yarışa dəvət etdi".

 

Bilal Ərdoğan qeyd edib ki, rəhbərlik etdiyi konfederasiya ənənəvi idman növlərinə daim dəstək verir: "Bundan öncə Gədəbəydə Milli Yaylaq Festivalında da iştirak etmişdik. Bütün türk dünyasının ənənəvi idman növlərinə dəstək veririk".

 

O bildirib ki, türk xalqlarının öz mədəniyyətinə sahib çıxması lazımdır: "Azərbaycanın da Dünya Etnoidman Konfederasiyasına üzv olması üçün çalışırıq. 12 ölkə konfederasiyanın üzvüdür. Azərbaycan fevralda Antalyada keçirilən forumumuza dəvət ediləcək. Orada 60-a yaxın ölkədən nümayəndə iştirak edəcək. Çövkəni Türkiyədə də tanıtmaq istəyirik”.

 

Dünya Etnoidman Konfederasiyasının prezidenti onu da bildirib ki, çövkən Anadoluda unudulmuş idman növüdür. Amma çövkəni də etnoidman kimi tanıtmaq lazımdır.

 

İlahə Vəliyeva, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv
Apa.tv