Biləsuvar polisi əməliyyat keçirdi – İKİ NƏFƏRDƏN NARKOTİK VƏ AVTOMAT GÖTÜRÜLDÜ

Biləsuvarda saxlanılan Salyan sakinindən odlu silah və 13 kiloqramdan artıq narkotik aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhəri, Yasamal rayon sakini Tərlan Ağayev və Salyan rayon sakini Rövşən Xəlilov Biləsuvar rayonunun ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Keçirilən baxış zamanı Tərlan Ağayevin üzərindən metamfetamin, Rövşən Xəlilovun əlindəki torbadan isə 1 ədəd AK-74M modelli "Kalaşnikov" avtomatı, ayrı-ayrı plastik qablarda ümumi çəkisi 13 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv