Biləsuvar və Saatlı Rayon İcra Hakimiyyətlərinə başçı təyin olundu

Biləsuvar Rayon İcra Hakimiyyətinə başçı təyin olunub.

 

APA TV-nin xəbərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

Prezidentin digər sərəncamı ilə Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv