Biləsuvarda əməliyyat – KÜLLİ MİQDARDA NARKOTİK DÖVRİYYƏDƏN ÇIXARILDI

Paytaxt sakinləri Biləsuvarda külli miqdarda narkotiklə tutulublar.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfqan Əkbərov və Elvin Mənsimov saxlanılıblar.

Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 291 qram metamfetamin aşkarlanaraq götürülüb: “Bakıdan gəlirdim, bir iranlı ilə telefonda əlaqə saxlamışdım. O iranlı, gömrüyə gedən yolda plakatın altında bükümdə narkotik vasitə qoymuşdu. Onu götürüb maşına qoyub, geri qayıdanda Cəlilabad yolunda polis əməkdaşları saxladılar”.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdir. 

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv