Biləsuvarda mikroavtobus aşdı - 1 NƏFƏR ÖLDÜ, 5 NƏFƏR YARALANDI

Biləsuvarda ağır yol qəzası baş verib.


APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, mikroavtobus aşıb, bir nəfər ölüb, 5 nəfər yaralanıb. 


Yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib. Mikroavtobus idarəetmədən çıxaraq aşıb və nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər dünyasını dəyişib, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan Astara rayon sakinləri olan 1981-ci il təvəllüdlü Natiq Süleymanov, 1982-ci il təvəllüdlü Əsmər Qəhrəmanova, 2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Ruslan Məmmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər xəsarət alan şəxs, Astara rayonu Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Mirzəyev isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyəti ağır qiymətləndirilir. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir. 
Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov
Rövşən Əzimov
APA TV. Biləsuvar
 

Müəllif | Apa.Tv
Apa.tv