Biləsuvarda qum daşıyan yük avtomobili aşdı
Biləsuvar rayonunda qum daşıyan yük avtomobili aşıb.
Hadisə Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun 59 kilometrliyinin Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini 26 yaşlı Kənan Kəlbiyev idarə etdiyi ağır tonajlı yük avtomobili ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yük avtomobili yolun hərəkət hissəsində aşıb. Qəza nəticədə sürücü müxtəlif dərəcəli bədən xısarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Biləsuvar