Binanın zirzəmisindəki dəhşət: Cəsədlər, ilanlar… - SAKİNLƏR QORXU İÇİNDƏ

Şirvan şəhərində yerləşən 19 – cu binanın zirzəmisində üfunət, antisanitariya, zibil və çirkab suları dəhşətli bir mənzərə yaradıb. Bunu biz yox, həmin şəraitsizlikdə yaşamağa çalışan insanlar deyir.

Sakinlərin APA TV-nin Mil-Muğan bürosuna verdiyi məlumata görə, binada vəziyyət o həddə gəlib ki, evlərdə üfunət və ağcaqanad əlindən yaşamaq mümkün deyil. Binanın altına yığılan qrunt suları və kanalizasiyanın birbaşa zirzəmilərə axıdılması binanın altında balaca bir bataqlıq yaradıb. Bu balaca bataqlıq sakinlərin ən böyük probleminə çevrilib. Binanın altında nə desən tapmaq olar. Gəmiricilərin məskəninə çevrilən zirzəmidə zibil və iylənmiş heyvan cəsədlərinin əlindən yer yoxdur. 

Aidiyyəti üzrə soruşduq ki, ay müəllimlər bu niyə bu camaatın halına yanmırsınız? Bu insanlar nə vaxta kimi belə şəraitdə yaşayacaqlar?

Sakinlər deyir ki, şəhərin 70 faizinin yaşadığı binaların əksəriyyətinin vəziyyəti 19-cu binadan heç də fərli deyil. Binaların çoxu 25-30 ilin binalarıdır və tikinti zamanı bu binaların kanalizasiya sistemi düzgün qurulmayıb. Odur ki, bir çox binada eyni vəziyyət hökm sürür.

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv