Binədə evlərin və oyun salonlarının qənimləri tutuldu

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. 

 

Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “Play Station” salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

 

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv