Binəli Yıldırım: “Rusiya-Ukrayna müharibəsi üçüncü ilə keçir”
XI Bakı Qlobal Forumu öz işinə başlayıb. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir. Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Zelka Çviyanoviç bildirib ki, Bakı Qlobal Forumunda mövqelər fərqli ola bilər: “Ancaq müzakirələr mövqeləri yaxınlaşdıra, qarşılıqlı hörməti təmin edə bilər. Bir daha Bakı Qlobal Forumunda iştiraka şərait yaradıldığına görə təşəkkür edirəm”. BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder İsrailin HƏMAS-a qarşı əməliyyatından söz açıb. Onun fikrincə, bu fəlakətdir. Sudanda da problemlər yaranıb. “Parçalanma, hərbi qüvvədən istifadə etmə yolverilməzdir. BMT baş katibi dəfələrlə bəyan edib ki, dağıdıcı xətləri aradan qaldırmalıyıq. Aydındır ki, dünya dəyişib. Biz qütblü dünyaya getməliyik. 2030-cu ilə qədər gündəlik müzakirə edilib. Dünya ictimaiyyətinin əsas böhranları aradan qaldırması çox vacibdir. Buna görə Qlobal kontankt sazişi təklif olundu. Qlobal sazişin imzalanması vacibdir, bu, rəqəmsal paçalanmanı, texnologiyalardan qeyri-düzgün istifadəni də aradan qaldırar”. Binəli Yıldırım bildirilib ki, Bakı Qlobal Forumu ənənəvi xarakter daşıyır. “Çox yaxşı haldır ki, Antalya Forumundan sonra Qlobal Forum Bakıda keçirilir. Antalya Forumunda bir sıra qlobal problemlər müzakirə olundu. Bakı Qlobal Forumunun əsas mövzusu olan parçalanmış dünya bizim üçün əsas problemdir. Artan qlobal çağırışlar, xüsusən dünya nizamının pozulması çağırışları qarşısında birgə çalışmalıyıq. Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilə keçir, onun nəticələri dünyanın müxtəlif yerlərində özünü göstərir. Türkiyə də bu münaqişənin dinc yolla həllinə çalışır”, – o bildirib. Binəli Yıldırım qeyd edib ki, nəhayət, Qarabağ bölgəsi işğaldan azad edilib: “Sülh və Cənubi Qafqaz regionunun çiçəklənməsi təmin edilməlidir.”.
Fuad Sadıqov, Arif Əliyev, APA TV