Binəqədidə minik avtomobili yük maşını ilə toqquşdu

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən qəza baş verib. Hadisə Xocaəsən dairəsində qeydə alınıb. Dairəni gözləməyən “Chevrolet Malibu” markalı minik avtomobili yük maşınının yoluna çıxıb. Nəticədə nəqliyyat vasitələri toqquşub. Hadisə səbəbindən hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə süşüb. Bir nəfər xəsarət alıb. Yaralıya təcili yardım briqadası təfərindən tibbi yardım göstərilib. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır

Müəllif | Apa.Tv
Apa.tv