Binəqədidə narkotik satan şəxslər yaxalandı

Paytaxtın Binəqədi rayonunda külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynov saxlanılıb.

 

Amil Orucovdan şəxsi axtarış zamanı 1 kiloqram 9 qram heroin, Əlihüseyn Hüseynovdan isə 10 qram heroin və 183 qram metamfetamin aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqa hələ ki, məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv