Bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb

Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

 

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

 

Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq ölüb.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv