Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.

Hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Səhhətlərində narahatlıq yaranan  Asif, Şəfiqə və Kamil Dadaşovlar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zəhərlənən kənd sakinlərinə ilkin tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv