Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Bərdədə 4 nəfər qazdan zəhərlənib.
Səttarxan küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Günel Qədirova, övladı 2005-ci il təvəllüdlü Güllü Zeynalova, gəlinləri 1991-ci il təvəllüdlü Sevinc Qədirova və onun övladı 2011-ci il təvəllüdlü Leyla Qədirli dəm qazından zəhərləniblər.
Zərərçəkənlərə yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.